BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şabranda “Azərbaycan Dili Milli Varlığımızın Aynasıdır” adlı tədbir keçirilib – FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd olunur. Həmin gün 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə YUNESKO tərəfindən Beynəlxalq “Ana Dili” günü elan edilmişdir.

Dil real və mücərrəd irsin qorunması və inkişaf etdirilməsi üçün ən mükəmməl bir alətdir. Ana dilinin yayılması üçün atılmış hər bir addım təkcə çoxdilliliyin tədrisi deyil, həmçinin dilçilik və mədəni ənənələr haqda biliklərin artması, qarşılıqlı anlayış, dözümlülük və dialoq üzərində qurulmuş həmrəyliyi inkişaf etdirmək məqsədi daşıyır.

Millətin dilinin dövlət statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır. Bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına, onun mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərdiyinə görə ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Ana dilimizin təbliği, inkişaf etdirilməsi ilə əlaqədar Şabran Tarix Diyarşünaslıq Muzeyində müxtəlif istiqamətlərdə işlər aparılır.

İstixeber.info xəbər verir ki, 13 fevral tarixində muzeydə “Azərbaycan Dili Milli Varlığımızın Aynasıdır”adlı tədbir keçirilmişdir. Tədbiri Azərbaycanın Dövlət Himninin səslənməsi ilə açıq elan edən muzeyin əməkdaşı B.Məmmədova Şabran şəhər 5 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi, Tərəqqi medalı ilə təltif olunmuş Könül Fərzəliyevanın çıxışı və şagirdlərlə hazırladığı kompozisiya ilə davam etdi. İstixəbər.info İnformasiya Portalının xüsusi müxbiri Etibar Hüseynov çıxışında qeyd etdi ki, Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biri olmasını, hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Tədbir Ağbaş kənd kitabxanasının direktoru Qızqayıt Həsənlinin çıxışı və videoçarxın nümayişi, xatirə şəkilləri çəkdirməklə sona çatdı.

Etibar Hüseynov

İstixeber.info Şabran 2019-cu il

loading...