BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakıda yaşayan naxçıvanlılar “Xıdır Nəbi” bayramını qeyd ediblər-FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

10 fevral 2019-cu il tarixdə Bakı şəhərindəki “Atlantis” şadlıq evində Bakıda yaşayan naxçıvanlılar Xıdır Nəbi bayramını keçiriblər.

İstixeber.info xəbər verir ki, tədbirin rəsmi hissəsində çıxış edən qonaqlar Naxçıvanın Muxtariyyətinin 95 illiyinin qeyd olunmasından söhbət açaraq, Naxçıvana məxsus digər qədim bayramları və mərasimlərin yaşadılmasının önəmini vurğulayıblar. Tədbirin əsas mahiyyəti elimizin, obamızın tarixindən süzülüb gələn, qədim Xıdır Nəbi bayramının tanıtımı, yaddaşlarda qorunması, yeni nəslin diqqətinə çatdırılması idi.Tədbirdə masaların üzərində ənənəvi Xıdır qovurqası, Xıdır xonçası, Naxçıvan kətəsi, nabat, quru meyvələr, şirniyyatlar, Badamlı, Sirab, müxtəlif kompotlar, ümumiyyətlə Naxçıvanda istehsal edilən nemətlər öz əksini tapıb.
Tədbirin təşkilatçılarıdan Kənan Şərifov və Azər Əskərov bundan sonra da Naxçıvana məxsus digər qədim xalq bayramları və mərasimlərinin qeyd ediləcəyini bildirib.
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev (Elyar İslam) çıxış edərək Naxçıvanın tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli yol qət etdiyini söyləyərək son illərdə Naxçıvanda aparılan quruculuq işlərindən, Naxçıvanın inkişafından danışıb, Xıdır Nəbi bayramının tarixi, əhəmiyyəti, bayram zamanı icra edilən adət-ənənələri, ritualları diqqətə çatdırıb.
Sonra Milli Məclisinin deputatı Aydın Mirzəzadə çıxış edərək bildirdi ki, Xıdır bayramının keçirilməsi milli mənəvi dəyərlərimizə verilən qiymətdir. Xalqımızın adət- ənənələrini qoruyub saxlamaq, onu gələcək nəsillərə ərmağan etmək millətin sabahı deməkdir. Bu adət-ənənələr xalqımızın birliyinin, gücünün təcəssümüdür.
Naxçıvanlı şair Rəhim Mehnət, şair, yazıçı, jurnalist Kamil Kamranoğlu, yazıçı şair Almaz İlahə Əhmədova, ziyalılardan Telman Qasımov və Fikrət Bektaşi də çıxış edərək Naxçıvanın yüksək inkişafından, görkəmli şəxsiyyətlərindən də söhbət açaraq, qədim mərasimlərin yaşadılmasının vacibliyindən danışıblar. Bildiriblər ki, hazırda 95 illik yubileyini qeyd edən Naxçıvan muxtariyyət tarixinin inkişaf dövrünü yaşayır.

Daha sonra çıxış edən Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının vitse-prezidenti Könül Məmmədzadə çıxış edərək tədbirin əhəmiyyətini və keçirilməsinin vacibliyini qeyd edərək, təşkilatçılara təşəkkürünü çatdırıb.
Tədbirin bədii hissəsində Fərahim Qulubəyovun, Nuriyyə Hüseynovanın, İlqar Muradov, Cahangir Qurbanovun, Sərxan Bünyatzadənin, Cavid Hüseynin, Vəli Səfərovun, Rza Zamanın, Ayxan Bünyatzadənin, Mahir Hüseynlinin, Ehtiram Hüseynovun , Elmar Qasımovun Naxçıvana məxsus mahnıların ifası və Naxçıvan yallıları tədbirdə iştirak edənlərdə şən əhval-ruhiyyəyə yaradıb.
Qeyd edək ki, Naxçıvanda istehsal edilən məhsulların sərgisi də diqqət çəkən idi. Sonda qonaqlara Xıdır torbaları və xonçalar, Naxçıvan məhsulları və hədiyyələr təqdim edilib.
Bakıda yaşayan naxçıvanlılar Xıdır Nəbi bayramını qeyd ediblər-FOTO(ÖZƏL)Bakıda yaşayan naxçıvanlılar Xıdır Nəbi bayramını qeyd ediblər-FOTO(ÖZƏL)Bakıda yaşayan naxçıvanlılar Xıdır Nəbi bayramını qeyd ediblər-FOTO(ÖZƏL)
Bakıda yaşayan naxçıvanlılar Xıdır Nəbi bayramını qeyd ediblər-FOTO(ÖZƏL)
Bakıda yaşayan naxçıvanlılar Xıdır Nəbi bayramını qeyd ediblər-FOTO(ÖZƏL)İstixeber.info

loading...