Bz. Dek 15th, 2019

POLİS TƏRƏFİNDƏN MAARİFLƏNDİRİCİ TƏDBİRLƏR DAVAM ETDİRİLİR

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

POLİS TƏRƏFİNDƏN MAARİFLƏNDİRİCİ TƏDBİRLƏR DAVAM ETDİRİLİR.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin və Veteranlar şurasının təşkilatçılığı ilə rayonun Gəndob kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri açan məktəbin direktoru keçirilən tədbir haqqında məlumat verərək, sözü RPŞ-nin YYÇPİTQ-nun baş inspektoru, polis mayoru Eldar Ömərova verib.

Çıxış edən polis mayoru ümumbəşəri bəlaya çevrilən narkomaniyanın fəsadları haqda şagirdlərə geniş məlumat verib. O bildirib ki, bu yola düşən şəxslər öz həyatlarını məhv edərək, düçar olduqları zəhərli maddələrin ağır fəsadlarından qurtula bilmirlər. Eləcə də gənclərə həyatın dəyərli olduğunu başa salan E.Ömərov, gənc vaxtlarında özlərini qorumağı və sonu olmayan ağ ölumdən uzaq durmaları barədə dəyərli məsləhətlər verib.
Daha sonra çıxış edən Şabran RPŞ Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Valeh Sadıqov erkən nigah və dini radikalizm mövzusunda danışaraq, cəmiyyətdə rast gəldiyimiz belə halların doğurduğu sosial problemlər, fizioloji fəsadlar və ailə zorakılığı barədə geniş məlumat verib.
Tədbirin sonunda təhsil ocağının direktoru keçirilən belə tədbirlərin gənclərin həyatında böyük rol oynadığını, onların bir fərd kimi yetişmələrində düzgün yol göstərdiyini qeyd edərək, keçirilən tədbirə görə RPŞ-nin rəhbərliyi və əməkdaşlarına öz minnətdarlığını bildirib.

İstixeber.info