BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İSMAYILLIDA QANUNSUZ OV EDƏNLƏR SAXLANILDI – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Şəhər, rayon polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlər nəticəsində qanunsuz ov edən 2 nəfər, rayonun Kürdmaşı kənd sakinləri Qurban Hüseynov və Tofiq Xəlilov saxlanılıblar. Onlardan müvafiq icra hakimiyyətindən xüsusi icazələri olmadan saxladıqları 2 ədəd “TOZ 63” markalı ov tüfəngi də götürülüb. Saxlanılan şəxslərin barələrində İnzibati Xətalar Məcəlləsinin 272.3 -cü ( Ov qaydalarının kobud şəkildə pozulması ) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.

İstixeber.info

loading...