BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

BDU-nun tələbəsi “donuz qripi”ndən ölüb? – RƏSMİ AÇIQLAMA


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Səhiyyə Nazirliyi Nərdanə Tağızadənin ölüm səbəbi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən İstixeber.info-ya verilən məlumatda bildirilir ki, Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan lobarator müayinələrin nəticəsində öz təsdiqini tapmayıb.

“Bu infeksiya haqqında məlumat daxil olan kimi, Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb.

Qeyd edək ki, leptospiroz çox nadir rast gələn bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir. Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb”.

Məlumatda bildirilib ki, ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb.

****

Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi Nərdanə Tağızadə dünyasını dəyişib. Məlumata görə, ağır vəziyyətdə olarkən yerləşdirildiyi klinikalardan birinin həkimləri onun H1 N1 (donuz qripi), daha sonra isə leptospiroz virusundan vəfat etdiyini deyiblər. Ancaq ölüm kağızında onun ağ ciyər və ürək çatışmazlığından dünyasını dəyişdiyi yazılıb.

Nərdanə Tağızadənin təhsil aldığı Bakı Dövlət Universitetinin Tarix Fakültəsindən İstixeber.info-ya verilən məlumata görə, qızın ölüm səbəbi onlara məlum deyil:

“Nərdanə bu il ali məktəbə daxil olub. Bu semestr imtahanlarının ikisində iştirak edib, sonrakı imtahanlara gəlməyib. Buna görə də ailəsi ilə əlaqə saxladıq, vəziyyəti öyrəndik. Lakin ölüm səbəbi barədə heç bir məlumatımız yoxdur”.

İstixeber.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26