BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında növbəti ÖZBAŞINALIQ – Həkim xəstə qəbulu zamanı siqaret çəkir – FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında həkim xəstə qəbulu zamanı siqaret çəkir.

İstixəbər.info xəbər verir ki, Mərkəzi Xəstəxanada həkim (ad, soyad dəqiqləşdirməyə çalışırıq) xəstə qəbul edən zaman siqaret çəkir. Həkim əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, pis vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə zərərli təsirlərinin olmasını yəqin ki, bilmir və ya bilə-bilə edir. Axı bura (xəstəxanaya) üz tutanlar onsuzda xəstəlikdən əziyyət çəkənlərdir. Bunları sağaltmaq əvəzinə, başqa xəstəliyə yoluxdururlar. Bununda başlıca səbəbi Xəstəxana rəhbərliyinin tabeleyində olan işçilərə düzgün məlumatlandırmamağıdır.

Qeyd edək ki, Milli Məclis tərəfindən – Təhsil və tərbiyə müəssisələri, onların əraziləri, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla (belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq), mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla), idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar, restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla, ticarət obyektləri, məişət obyektləri, sosial xidmət müəssisələri, yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir), teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri, uşaq meydançaları, yerüstü qapalı və yeraltı piyada keçidləri, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillər, metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları, hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla), su nəqliyyatı vasitələri (xüsusi ayrılmış yerlər istisna olmaqla), tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binaları, dəmir yolu vağzalları, avtovağzallar (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələri, liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlər, taksofonlar, yanacaqdoldurma məntəqələri, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə tütün məmulatlarının istifadəsi qadağan edilib.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…

İstixəbər.info Mingəçevir şəhəri 2019-cu il

Sənan Şəmkirli

loading...