BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

YAP Yevlax rayon təşkilatında Gənclər Birliyinin hesabat yığıncağı keçirildi – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

YAP Yevlax rayon təşkilatında Gənclər Birliyinin hesabat yığıncağı keçirildi.

İstixəbər.info xəbər verir ki, tədbiri giriş sözü ilə YAP Yevlax rayon təşkilatının sədr müavini, aparat rəhbəri Əli Quliyev açaraq bildirdi ki, Ulu öndər Heydər Əliyev siyasətinin mühim tərkib hissəsindən biri də gənclər siyasətidir. Ümummilli liderin dövlət siyasətini və onun tərkib hissəsi olan gənclər siyasətini bu gün davamlı olaraq cənab Prezidentimiz İlham Əliyev uğurla davam və inkişaf etdirir. Sevindirici haldır ki, bölgələrimizin hər bir yerində olduğu kimi YAP Yevlax Rayon Təşkilatı Gənclər Birliyi də rayonumuzun ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində gedən sürətli inkişafında yaxından iştirak edir, bu istiqamətdə öz əməyini bilik və bacarıqlarını əsirgəmirlər.

Sonra YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri Ariz Mikayılov 2018-ci ildə görülən işlər və qarşıda duran məsələlər haqqında hesabat verdi. O Bildirdi ki, fəaliyyət göstərdiyimiz müddət ərzində YAP Yevlax Rayon Təşkilatı Gənclər Birliyinin fəal üzvləri ilə birgə Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi istiqamətində, Prezidentimiz cənab İlham Əliyevin təsdiqlədiyi gənclər siyasətinin əsas istiqamətləri üzrə gənclərin sağlamlığının qorunması, vətənpərvərlik mövzularında, gənclərin mənəvi-əxlaqi tərbiyyəsi, intelektinin artırılması istiqamətində tərəfimizdən bir çox tədbirlər həyata keçirilmişdir. Qeyd etmək istəyirəm ki, YAP Yevlax Rayon Təşkilatının uçotunda 8926 nəfər üzv dayanır ki, onlardan 1719 nəfərini gənclər təşkil edir. Gənclərimiz eyni zamanda, üzv olduğu Yeni Azərbaycan Partiyasının siyasi kompaniyalarında, təbliğat və təşviqatında yaxından iştirak edir öz siyasi bilik və bacarıqlarını inkişaf etdirirlər. Belə ki, 2018-ci il Prezident seçkilərində könüllü fəal gənc partiyaçılardan ibarət mobil qrup yaradılmışdır. Onlar imza toplamaq aksiyalarında seçkinin təbliğat-təşviqatının aparılmasında fəal iştirak etmişlər.
YAP Yevlax rayon təşkilatı Qadınlar şurasının sədri Əminə Əhmədova çıxış edərək Gənclər Birliyinin illik fəaliyyətini müsbət qiymət qiymətləndirdi. O qeyd etdi ki, cənab Prezidentin xüsusi diqqət və qayğısı ilə bu gün təkcə paytaxt Bakıda deyil regionda gənclərimizin intelektual səviyyəsi cox yüksəkdir. Bu isə öz növbəsində rayonlarda işin daha sürətlə həyata keçirilməsinə öz töhvəsini verir. Hesab edirəm ki, Yevlax Gənclər Birliyi yevlaxlı gənclərin yaxşı işlərə, yaxşı vərdişlərə qoşulmasında lokamativ rolunu icra edir. Bu çox tədqirə laiq haldır. Sonra çıxış edənlər Yevlax şəhər Gənclər, İdman idarəsinin rəisi Bünyamin Musayev və başqaları bildirdilər ki, Ölkə Prezidentinin apardığı uğurlu daxili və xarici siyasəti yaxından izləyir, dəstəkləyir və təbliğ edirlər. Bu istiqamətdə 2019-cu ildə də uğula fəaliyyətlərini davam etdirəcəklər.

İstixəbər.info Yevlax 2019-cu il

Sənan Şəmkirli

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26