BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Cəbhənin sonuncu yasayış məntəqəsində dərs deyən müəllim-“Bu məni narahat etmir”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Son zamanlar sosial şəbəkələrdə təhsil haqqında yazılan yazılar, bəzi tənqidi fikirlər mənə də çox təsir edir. Düşündüm ki, mən təhsildə olan yenilikləri, son beş ildə baş verən önəmli dəyişiklikləri sadalamaq yerinə öz şəxsi həyatımdan nümunə göstərsəm yaxşı olar. Mənim müəllimlik fəaliyyətinə dönüşümə səbəb olan islahatları elə öz nümunəmdə sizlərə çatdırmaq istəyirəm…

Mən Hacıbəyli Azad Bəylər oglu 25 Yanvar 1988-ci ildə Agdam rayonunun Əliağalı kəndində anadan olmusam. Hal-hazırda kəndimiz erməni isğalı altındadır. 2006-cı ildə Ağdam rayon 14 saylı məcburi köçkün orta məktəbini bitirib, 2007-ci ildə heç bir repetitor köməyindən istifadə etmədən, yalnız orta məktəbdə qazandığım biliklərin hesabına 384 bal toplayaraq Ağcabədi Pedaqoji Universitetinə qəbul olmuşam. 2011-ci ildə həmin universiteti bitirərək Müəllimlərin İşə Qəbulu üzrə müsabiqədə 22 bal toplayaraq Ağdam rayon Mahrızlı kəndində müəllim kimi fəaliyyətə başladım. Lakin təbiətim haqsızlıqlara və ədalətsizliklərə dözümsüz olduğu üçün orada uzun müddət tab gətirə bilmədim və müəllimlik fəaliyyətimi sonlandıraraq 2013-cü ildən Azərsun şirkətində işləməyə başladım. Təhsildən bir müəllim olaraq getsəm də həmişə təhsil xəbərlərini müşahidə edir, gedən dəyişiklikləri kənardan izləyirdim. 2013-cü ildən Təhsil Naziri postuna gələn Mikayıl Cabbarov təhsildə böyük irəliləyişlər etmişdi.Təhsildə aparılan islahatlar arzuladığım və sevdiyim sənəti yenidən davam etdirməyim üçün stimul oldu və 2015-ci ildə müsabiqəyə yenidən qatılaraq əvvəlcə Ağdam rayon Baharlı 1 qəsəbə, sonra isə Quzanli 1 qəsəbə məktəblərində müddətli müqavilə ilə işləməyə başladım. Artıq müəllimlik işimə mane olan ünsürlər yox idi . Bu məni daha da ruhlandırırdı və yenidən MİQ- də iştirak edib 2017- ci ildə Şuşa rayonu 21 nömrəli məktəbdə müddətsiz müqavilə ilə işləmək şansı qazandım. Həm müsabiqə , həm müsahibənin şəffaf keçirildiyini işləmək istəyən müəllimlərə xüsusi ilə rayonlara , ucqarlara gedənlərə dəstək olunması məni sevindirdi. Hal hazırda işlədiyim Şuşa rayon 21 nomrəli ümumi orta məktəb Ağdam rayon Mirzələr qış yatağı adlanan yerdə yerləsir və cəbhənin sonuncu yasayis məntəqəsidir. Lakin bu məni qətiyyən narahat etmir və hətta 2018 ci ildə müəllimlər üçün yaradılan şansdan istifadə edərək ikinci iş yeri kimi Ağcəbədi rayon Arasbar kənd ümumi orta məktəbdə müəllim.kimi fəaliyyətimi davam etdirirəm.


Üzümü gənclərə turub demək istəyirəm ki , hələ də məktəblərdə , xüsusi ilə ucqarlarda müəllimə çox ehtiyac var. Təhsil Nazirliyinin yaratdığı bu şansdan istifadə edib müəllim kimi balalarımız üçün , onların gələcəyi üçün çalışmağa dəyər. O ki qaldı son illərdə təhsil sahəsində görülən işlərə :Buna bir çox qəzalı vəziyyətdə olan məktəblərin yeni modul tipli məktəblər ilə əvəz edilməsini , müəllimlik peşəsinin nüfuzunun artırılması və nəticədə qəbul imtahanlarında yüksək bal toplayan abiturientlərin müəllim peşəsinin seçməsinin artmasını , müəllimlərin və direktorların İşə Qəbulu prosedurlarının təkmilləşdirilməsini , pedaqoji işçilərin diaqnostik qiymətləndirilməsi və ondan irəli gələrək görülən işlər və əməkhaqqı artımıni və s göstərmək olar. Ən əsası isə bütün proseslərin şəffaf , ictimayiyətə açıq keçirilməsi alqışa layiqdir.

Azad Hacıbəyli

İstixəbər.info

loading...