BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şabranda “narkomaniyaya yox” adlı tədbir keçirilib FOTO+VIDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Şabran rayon Samir Zülfüqarov adına 3 nömrəli tam orta məktəbdə “narkomaniya və ağ ölümə yox” deyək adlı marifləndirici tədbir keçirilib.

İstixəbər.info-un Şimal bürosunun verdiyi məlumata görə, tədbirdə Şabran Rayon Polis İdarəsinin, Rayon İcra Hakimiyyətinin, Təhsil və Gənclər idman idarəsinin, 3 saylı məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbir idarə nümayəndələrinin çıxışları ilə başlayıb .

Çıxışlar xüsusilə ŞRPİ-nin Yetkinlik yaşına çatmayanlar profilaktikası işin təşkili qrupunun baş inspektoru polis mayoru Eldar Ömərov və Cinayət axtarış şöbəsinin rəisi polis mayoru Bagırov Aydın yoldaşları ağ ölümün nə dərəcədə cəmiyyət üçün ağır bəla olmasını çatdırıblar.
Məktəbin direktoru Fidan Fərzəliyeva ağ ölümlə bağlı müəllim kollektivinə və şagirdlərə narkomaniya cəmiyyətin bəlasıdır, ağ ölümdən uzaq durmağa çağırdı.
Tədbirdə iştirak edən şagirdlər də öz növbələrində ağ ölümün fəsadlarını dərk etdilər və öz həmyaşıdlarının da bu bəladan uzaq durmaqları üçün eşitdiklərini çatdıracaqlarını bildirdilər.

Maarifləndirici tədbir sagirdlərdə ağ ölümə yox, təhsilə və sağlamlığa hə devizi ilə yekunlaşdı.

İstixəbər.info Şabran-Xızı

Xüsusi müxbir:Etibar Hüseynov

loading...