BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bərdədə məktəb yandı – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bərdə rayonunda məktəb binasında yanğın olub.

İstixəbər.info “Report”a istinadən bildirir ki, hadisə Uğurbəyli kəndində qeydə alınıb.

Hadisə zamanı məktəb binasında müvəqqəti məskunlaşan Ağdamdan olan məcburi köçkün Cahangir Vəliyevin otağı yanaraq külə dönüb. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində qısaqapanma olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə rayon Şöbəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Alov ram edilərək, yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl polis Bərdədə reyd keçirib, azyaşlılara tütün məmulatları və spirtli içkilər satanlar aşkarlanıb.

 

İstixəbər.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26