BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xızı Rayon Polis Şöbəsində 20 Yanvar şəhidlərinə həsr olunmuş anım mərasimi keçirilib – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xızı Rayon Polis Şöbəsində xalqımızın qan yaddaşına hünər, qəhrəmanlıq salnaməsi kimi daxil olmuş 20 Yanvar gününə həsr olunmuş anım mərasimi keçirilib.

İstixəbər.info xəbər verir ki, tədbirdə RPŞ-nin əməkdaşları “Şəhidlər” abidəsini ziyarət edərək, önünə təzə-tər çiçəklər düzüblər. Daha sonra Polis Şöbəsinin inzibati binasında davam edən tədbirin əvvəlində faciə qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xızı RPŞ-nin rəisi, polis polkovnik leytenantı Həmid Həsənov keçən əsrin sonlarında ən dəhşətli üsullarla törədilmiş faciələrdən biri kimi tarixə düşən Qanlı Yanvar hadisəsinin xalqımızın qan yaddaşına həkk olunduğunu bildirib. H.Həsənov qeyd edib ki, 20 Yanvar hadisəsi xalqımız üçün unudulmaz faciə olsa da, eyni zamanda bir qəhrəmanlıq nümunəsidir. Çünki qətliam qurbanları canları bahasına 70 illik sovet imperiyasının süqutunun əsasını qoydular. Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq nəticəsində 20 Yanvar qətliamından sonra SSRİ-yə olan inam tamamilə itdi və Azərbaycanın müstəqilliyi uğrunda hərəkat daha geniş vüsət aldı. Çox keçmədi ki, xalqımızın şərəfli mübarizəsi bəhrəsini verdi və 1991-ci ilin 18 oktyabrında uzun illərdən sonra dövlət müstəqilliyimiz yenidən bərpa edildi.

Qanlı Yanvar faciəsindən dərhal sonra qəlbi vətən eşqi ilə döyünən ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedib öz etiraz səsini ucaltdı, hadisəyə siyasi-hüquqi qiymət verilməsi də məhz ulu öndərin yenidən hakimiyyətə qayıdışı dövründə mümkün oldu.
Rəis onu da qeyd etdi ki, vətənimizin müstəqilliyi və azadlığı uğrunda həyatlarını itirən igid övladlarının xatirəsi hər zaman qəlblərdə yaşayır, onların qəhrəmanlıqları heç vaxt unudulmur.

İstixəbər.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26