BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Mingəçevirdə 20 yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibəti ilə Mingəçevirdə silsilə anım tədbirləri keçirilib.

İstixəbər.info xəbər verir ki, öncə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov başda olmaqla hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanı Xatirə Kompleksində 20 Yanvar faciəsi qurbanları abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar.

Daha sonra Mingəçevir Dövlət Dram Teatrının aktyorlarının ifasında 20 Yanvar faciəsinə həsr olunmuş səhnələşdirilmiş ədəbi kompozisiya nümayiş olunub. Faciənin miqyası bədii formada anım tədbiri iştirakçılarına çatdırılıb. Mərasimin gedişində avtomobillərdən qalxan səs siqnalları hərəkətliliyi bir anlığa dondurub və şəhər sakinləri şəhidlərin xatirəsinə ehtiram duruşu nümayiş etdirib.

Anım mərasimi Şəhidlər muzeyində davam etdirilib. Burada Uşaq Təhsil İnkişaf Mərkəzinin yetirmələri ədəbi bədii kompozisiya ilə çıxış edib.

Tədbirlərin başqa bir ünvanı Mingəçevir Turizm Kolleci olub. Burada anım tədbiri iştirakçıları öncə 20 Yanvar faciəsinə həsr olunmuş rəsm sərgisinə, ardınca sənədli filmə baxış keçirilib. Daha sonra Mingəçevirdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.

İstixəbər.info

loading...