BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

20 YANVAR QURBANLARININ ANIM MƏRASİMİ KEÇİRİLİB – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yanvarın 17-də Siyəzən Rayon Polis Şöbəsində tariximizin qanlı səhifələrindən olan 20 yanvar faciəsi zamanı həyatlarını itirmiş soydaşlarımızın anım mərasimi keçirilib. Tədbirin əvvəlində faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan RPŞ-nin rəis müavini, polis mayoru Qoşqar Kazımov XX əsrin ən qanlı faciələrindən biri kimi tarixə düşən Qanlı Yanvar faciəsinin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini bildirib. O qeyd edib ki, yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.

Sonra çıxış edənlər qanlı tariximizə düşən unudulmaz qırğınların Azərbaycan xalqının qan yaddaşına həkk olunduğunu və bu hadisənin heç vaxt unudulmayacağını, qanlı yanvar faciəsinin insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada durduğunu, eyni zamanda bəşər sivilizasiyasına, insan haqlarına qarşı törədilmiş qatı cinayət olduğunu deyiblər.

İstixəbər.info

loading...