BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Əflatun Amaşov KİV-ə səsləndi : “Media peşəkar davranmalıdır”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Müxtəlif sosial şəbəkə profillərində yanvarın 17-də və 18-də Azərbaycandakı hava durumu ilə bağlı cəmiyyəti çaşdıracaq fikirlər yayımlanmaqdadır. Bildirilir ki, bu tarixlərdə təhsil müəssisələrində dərslərin dayandırılmasının səbəbi hava durumu deyil, təhlükəli xəstəlikdir. Təəssüf ki, bu fikirlər bəzi kütləvi informasiya vasitələrində də yer alır. Nəticə etibarilə ayrı-ayrı şəxslər tərəfindən məqsədli şəkildə dövriyyəyə buraxılmış mülahizənin gerçəklik kimi qəbul edilmə təhlükəsi yaranır”.

İstixəbər.info xəbər verir ki, bu sözləri millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov sosial şəbəkədəki statusunda qeyd edib.

Millət vəkili bildirib ki, mövcud durumda bütün kütləvi informasiya vasitələri təmsilçiləri məsələyə həssas yanaşmalıdır:

“Heç bir şaiyənin rəsmi qurumlarımızın timsalında insanların dövlətə olan inamının sarsılma ehtimalı yaratmasına, ümumən bununla bağlı şübhələrə meydan verilməməlidir. Media peşəkar davranmalıdır, üzərinə düşən vəzifəni layiqli şəkildə həyata keçirməlidir. Belə vəziyyətlərdə IP toplamaq naminə guya vacib xəbər yayırmış kimi təşviş yaradan sərlövhələr seçmək, əsassız düşüncə və mülahizələri gündəmə gətirmək yalnız qeyri-peşəkarlıq deyil, ümumilikdə vətəndaş cəmiyyəti dəyərlərinə aşkar həqarətdir.

Müvafiq dövlət qurumları da sosial şəbəkələrdə yayımlanmış fikirlərin cəmiyyətdə təlaş doğura biləcəyini düşünməli, operativ reaksiya verməli, medianı operativ məlumatlarla təmin etməlidirlər. Ötən illərin təcrübəsi göstərir ki, rəsmi məlumatsızlıq şaiyələrin gerçəklik kimi ictimai rəyə yansıması üçün əsas yaradır. Buna qətiyyən yol vermək olmaz”.

İstixəbər.info

loading...