BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlax RİH hava şəraiti ilə əlaqədar qərargah yaratdı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yevlax Rayon İcra Hakimiyyəti 17-18 yanvar 2019-cu il tarixlərində ölkə ərazisində hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar önləyici tədbirlər həyata keçirilib.

İstixəbər.info xəbər verir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən həmin tarixdə temperaturunun ötən günlə müqayisədə 10 dərəcə aşağı düşəcəyi gözlənilir. Yağıntının sulu qara, qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı, şimal-qərb küləyinin 28-33 m/s-dək,  bəzi yerlərdə arabir 35-38 m/s-dək yüksələcəyi, açıq dənizdə isə arabir 38-40 m/s-dək şiddətlənəcəyi, dalğaların hündürlüyününü 6-8 metr və daha çox olacağı ehtimal edilir.

Qeyd olunanlarla əlaqədar əhalinin gözlənilən təhlükəli hidrometeoroloji hadisədən zərər görməməsi üçün bütün zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədi ilə Yevlax RİH-də Rayon Fövqəlada Hallar Komissiyasının sədri, başçının birinci müavini Qənimət Qaraşovun rəhbərliyi ilə qərərgah yaradılıb. Hava şəraiti ilə əlaqədar inzibati-ərazi vahidində aidiyyəti dövlət orqanlarına, bələdiyyələrə lazimi göstərişlər verilib.

Sakinlərdən xahiş olunur ki, qarşılaşdıqları fövqəlada hadisələrlə bağlı aşağıdakı telefon nömrəsinə məlumat verinlər:

Telefon: (+994 22) 336 -01-00

İstixəbər.info

loading...