BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

BALAKƏNDƏ EVDƏN OĞURLUQ EDƏN ŞƏXS SAXLANILIB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Balakən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini bir qadın ona məxsus evdən oğurluq olunması barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İSTİXƏBƏR.İNFO-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin Zaqatala rayonu Aşağı Tala kənd sakini Ramin Babayev olduğu müəyyən edilib. Aparılan araşdırmalarla onun vətəndaşa məxsus evdən bir ədəd 800 manat dəyərində televizoru və samovarı oğurladığı aşkar edilib. Oğurlanmış əşyalar maddi sübut kimi götürülərək, istintaqa təhvil verilib.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.

İSTİXƏBƏR.İNFO

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26