BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xaçmazda qonaqlarını yola salmağa çıxan sakini maşın vurdu.. Foto


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xaçmazda piyadanı maşın vurub.

İstixəbər.info xəbər verir ki, bu gün axşam saatlarında Xaçmaz rayonu Qusarçay kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib. Beləki, Qusarçay kənd sakini 78 yaşlı Cəfərova Bircəxanım yolu keçmək istəyərkən hərəkətdə olan dövlət nömrə nişanı 27-BX-591 olan VAZ 2107 markalı avtomaşın onu vurub. Sakin hadisə yerində dünyasını dəyişib. İlkin məlumata görə hadisəyə səbəb yüksək sürət göstərilir. Hadisənin qurbanı olan sakin yol kənarında meyvə tərəvəz satışı ilə məşqul olurdu. Hadisə yerində BDYP əməkdaşları araşdırma aparır. Hadisəyə hüquqi qiymət veriləcək.

Onu da nəzərinizə çatdırmaq istəyirik ki, bir neçə gün bundan öncədə oxşar hadisə Çinartala kəndi ərazisində baş vermişdir.

  1. Elçin Nöhbalayev

İstixəbər.info

loading...

TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26