BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bu gün tanınmış jurnalistin ad günüdür


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Aytəkin Alxaslı 1959-cu ildə Şəki rayonunun Kiçik Dəhnə kəndində, filologiya elmləri namizədi, qabaqcıl müəllim Kamil Alxasovun ailəsində dünyaya gəlib. Elə orta məktəbi də həmin kənddə bitirib.

1987-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsini bitirib. Həmin il təyinatla Qusar rayonunda 3 dildə – rus, ləzgi və Azərbaycan dillərində çıxan “Qusar” qəzetinə göndərilib. ANS-ə işə qəbul olunana qədər bu qəzetdə xüsusi müxbir işləyib.

Hələ orta məktəbdə oxuduğu vaxtdan rayonun yerli qəzeti olan “Şəki fəhləsi” və bir sıra mərkəzi qəzet və jurnallarda – “Azərbaycan gəncləri”, “Azərbaycan pioneri”, “Sovet kəndi” qəzetlərində, “Pioner”, “Azərbaycan qadını”, “Kənd həyati”, “Təşviqatçı”, “Azərbaycan təbiəti” jurnallarında müxtəlif yazılarla çıxış edib.

ANS-in Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən rayonları üzrə xüsusi müxbiri vəzifəsində çalışıb.

Hal-hazırda İstipress.com saytının Şimal bölgə müxbiri vəzifəsində çalışır.

İstixəbər.info kollektivi adından Aytəkin xanıma uzun ömür, can sağlığı və gələcək fəaliyyətində uğurlar arzu edirik.

Ad gününüz mübarək!

İstixəbər.info 

Baş redaktor: Rəşad Ağaşirinov

loading...