BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı” Beynəlxalq Mətbuat Mərkəzində yüksək səviyyədə tədbiri keçirdi – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Dekabrın 29-da “Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı”nın Beynəlxalq Mətbuat Mərkəzində yüksək səviyyədə tədbiri keçirildi.

İstixəbər.info xəbər verir ki, tədbirdə Millət Vəkilləri, Diaspora Komitəsindən nümayəndələr, QHT rəhbərləri, media nümayəndələri, Qarabağ qaziləri, ziyalılar, tələbə – gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Təşkilatın vitse-prezidenti, Azərbaycan nümayəndəliyinin rəhbəri Könül Məmmədzadə gələn qonaqlara minnərdarlığını bildirərək, tədbiri açıq elan edib. Təşkilatın rəhbəri Sərraf Kərimov təşkilatın gördüyü işlərdən eləcədə gələcək planlardan danışıb. Tədbirlə əlaqədar Türkiyədən gələn Türkiyə nümayəndəliyinin rəhbəri Gürsəl Özdəmir Təşkilatın Türkiyə Dövlətində Beynəlxalq Təşkilat olaraq qeydiyyatdan keçməsindən, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla yanaşı gələcəkdə görüləcək işlərdən danışıb.
Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini və Prezident yanında İdarəçilik Akademiyasının dossenti Aydın Mirzəzadə çıxışında prezidet İlham Əliyevin Diaspora işlərində göstərdiyi diqqət və qayğıdan danışaraq Təşkilata uğurlar arzu etdi.
Daha sonra çıxış edən Millət Vəkili, YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov Diasopora fəaliyyəti ilə məşğul olan təşkilatların fəaliyyətlərindən danışaraq bu yöndə uğurlu işlərin aparıldığını qeyd edib. Eləcə də diasopora təşkilatlarının bir olub Azərbaycan naminə işlərin görülməsini diqqətə çatdırdıraraq BDAT-ın belə işlərdə həmişə fəal olduğunu bildirdi.

Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti, millət vəkili Adil Əliyev Diaspora Komitəsinin rəhbəri Fuad Muradovun uğurlu diaspora işlərindən danışaraq çıxışına giriş edib. Millət Vəkili xarici siyasətimizdə Azərbaycanın güclü diasporunun yaranması Ulu Öndər Heydər Əliyevin zamanında qoyulduğunu qeyd etdi. İlk dəfə olaraq, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayı Bakıda təşkil edildi və dünyanın müxtəlif ölkələrində yaşayan fəallar qurultaya dəvət olundu. Ondan öncə də Ulu Öndər Heydər Əliyev dünyanın hansı ölkəsinə səfəri zamanı da orada yaşayan soydaşlarımızla mütləq görüşər və onların suallarını cavablandırardı. Ulu Öndərin missiyası bu gün Cənab Prezidentimiz tərəfindən uğurla aparılır. 2006 – 2011-ci illərdə də keçirilən qurultaylar Azərbaycan dövlətinin diaspor quruculuğuna nə qədər önəm verdiyini ortaya qoydu.
Daha sonra digər qonaqlar çıxış edərək Təşkilata uğurlar arzuladılar, 31dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni ilin gəlişi ilə əlaqədar xalqımızı təbrik ediblər.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.


BDAT mətbuat katibi Samir Şirvanzadə.

İstixəbər.info 

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26