BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanda Dəhşətli qətl – kişi boşadığı arvadını öldürdü


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ağsu rayonunda keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən Mahir Bəyalıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

İstixəbər.info xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilib.

İttihama görə, bu il iyulun 6-da Ağsu rayonunun mərkəzində kirayədə yaşayan Samirə Bəyalıyevanın evinə gələn keçmiş əri, rayonun Hacıqədirli kənd sakini Mahir Bəyalıyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.

Nəticədə xəstəxanaya yerləşdirilən Samirə Bəyalıyeva orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Mahir Bəyalıyev tutulub.

Məlum olub ki, onlar hadisədən bir neçə il əvvəl boşanıblar.

İstintaq orqanı tərəfindən Mahir Bəyalıyev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib./teleqraf.com

İstixəbər.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26