BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

17 yaşını qeyd edən “Azad Azərbaycan” kanalı.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Azad Azərbaycan Teleradio Yayım Şirkəti”nin yaranma tarixi.

Azad Azərbaycan Teleradio Yayım Şirkəti” 13 may 1998-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb, 25 dekabr 2000-ci il tarixində isə yayıma başlamışdır. İlk efir vaxtlarında yayım saatını əsasən kliplər, bədii və cizgi filmlər təşkil edirdi. Lakin 2002-ci ildən “Son Xəbər” adlı xəbər verilişi ilə informasiya proqramlarının yayımına başlamışdır. 2003-cü il Prezident seçkiləri günü axşam saatlarında baş verən hadisələr zamanı ATV-nin müxbir və operatoruna da ciddi xəsarət yetirilmişdi. Buna səbəb kanalın yarandığı gündən qərəzli mövqe tutmasındadır. 31 dekabr 2007-ci il tarixinə qədər Azərbaycanca verilişlərlə yanaşı rusca verilişlər də (Russkie Zvyozdı) yayımlayırdı. Sonradan MTRŞ-nin qəbul etdiyi qanuna görə 2008-ci ildə tamamilə Azərbaycan dilində yayıma keçmişdir. 2009-cu ilin oktyabrında ATV International adlı qardaş kanalı yayıma başlamışdı. 2011-ci ildə telekanalda əsaslı dəyişikliklər başladı. Telekanalın rəhbərliyi dəyişdi. Həmçinin kanalın 10 ildən çox müddəti olan loqotipi də 10 may 2011-ci il tarixində dəyişdirildi. 2012-ci il sentyabr ayından tamamilə yeniləndi. Verilişlərin məzmunu, keyfiyyəti yaxşılaşdı. Televiziyanın sutkalıq yayımı 24 saata çatdırıldı. Televiziyanın ümumi efir vaxtının 93 faizini şəxsi istehsal proqramları (verilişlər və yerli seriallar), 4 faizini xaricdə istehsal olunan filmlər, 3 faizini isə reklam materialları təşkil etməyə başladı. Telekanalın təsvir formatı 15 sentyabr 2015-ci il tarixində 4:3 formatından 16:9 formatlı yayıma keçdi

21 dekabr 2015-ci il tarixində “ATV Plus”da “HD” yayıma başlamışdır. “Azad Azərbaycan HD” kanalının tezliklə ölkənin hər yerindən izlənilməsi imkanı gözlənilir.

4 yanvar 2016-cı il tarixindən etibarən Rusiyanın “NTV Plus” kabel televiziyasında yayımlanır.

Bu gün ATV kanalı 17 yaşını qeyd edir. İstixəbər.info olaraq həmkarlarımızı təbrik edir gələcək işlərində uğurlar arzu edirik.

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26