BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sərxan seçimi ilə hamını təəccübləndirdi – Foto


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ATV-də “Hind kinosu” devizi ilə yayımlanan “Maşın” şounun növbəti buraxılışı baş tutub.İstixəbər.info-un məlumatına görə, xalq artisti Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar reper Ramin Nabran və aktyor Sərxan Kərəmoğlunun şəkillərini eyni sayda atıblar. Bu səbəbdən gün ərzində onlara gələn səslər hesablanıb və  Sərxan az sms səsverməsi topladığı üçün tribunaya çıxmalı olub.Kərəmoğlu verilişdə səs topladığı təqdirdə kimi çıxaracağını deməsə də, amma proqram boyu şou göstərəcəyini bildirib. Aktyor onu da əlavə edib ki, tamaşaçılar ona səs göndərsə, ötən gün verilişi tərk edən blogger Mənsur Şərifin qisasını alacaq və Mənsurun verilişdən getməsinə səsb olan insanı şoudan çıxaracaq.

Sonda Sərxan 61,65 faiz səs yığaraq verilişdə qalıb və yarışmadan bloqqer Taleh Yüzbəyovu uzaqlaşdırıb. Onun seçimi hamını təəccübləndirib.Xatırladaq ki, veriliş hər axşam saat 22:00-da yayımlanır.

Hazırda şouda mübarizəni şairə Nazilə Səfərli, müğənnilər Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisa Xəyalə Quliyeva, aktyor Sərxan Kərəmoğlu davam etdirir./axşam.az

İstixəbər.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26