BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

DTX əməliyyat keçirdi. SAXLANILANLAR VAR – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Dövlət Sərhəd Xidməti (DSX) sərhəd mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanun­suz dövriyyəsinə qarşı mübarizə istiqamətində təd­birləri davam etdirir.

DSX-nin Mətbuat Mərkəzindən İstixəbər.info-ya verilən məlumata görə, “Astara” dövlət sərhədindən buraxılış məntə­qəsində İrandan Azər­bay­cana gələn İran vətən­daşı 2002-ci il təvəllüdlü Bargikani Naza Muham­medbakhirin üzərində 320 qram narkotik maddə olan “he­roin” aşkar olunaraq götürül­üb.

Narkotik vasi­tə­nin sifarişçi­si­nin müəyyənləşdirilməsi və saxlanılaraq məsuliyyətə cəlb olun­ma­sı məqsədilə həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticə­sində Bakı şəhər sakinləri 1992-ci il təvəllüdlü Səfərov Ka­zım Ağəli oğlu və 1994-cü il təvəllüdlü Nəsirov Elyaz Taleh oğlu sax­lanılıb.

Bildirilib ki, “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonu Əhmədli kən­di ərazisindəki sərhəd zastavasının xidməti ərazisində İrandan Azər­bay­can istiqamətində dövlət sər­­hə­dini pozan 1976-cı il təvəl­lüdlü Bərdə rayon sakini Cəfərov Tələt Allahyar oğlu və 1977-ci il təvəllüdlü Ağcabədi rayon sakini Quliyev Namiq Allahverdi oğlu 2270 qram narkotik maddə olan “marixuana” ilə saxlanılıb.

Məlumata görə, Dövlət Sərhəd Xidmətinin və Dovlət Təhlkə­siz­liyinin Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliy­yat-axtarış tədbirləri nəticə­sində Yardımlı rayonu ərazisində “Mer­se­des” markalı avtomobilə baxış keçirərkən salonda 1145 qram narko­tik maddə olan “heroin” aşkar olunaraq götürülüb. Avtomobildə olan Azərbaycan vətəndaşları Şəm­kir rayon sakini 1991-ci il təvəllüdlü Əlizadə Vüsal Yaşar oğlu, Mingəçevir şəhər sakini 1984-cü il təvəllüdlü Soltanov Elçin Mux­tar oğlu və Sumqayıt şəhər sakini 1977-ci il təvəllüdlü Hüseynov Hüseyn Novruz oğlu saxlanılıb.

Qeyd olunan faktlar üzrə cinayət işləri başlanılıb zəruri əmə­­liyyat-istintaq hərəkətləri həyata keçirilir.

İstixəbər.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26