BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bərdədə Akademik Həsən Əliyevin doğum günü qeyd olunmuşdur – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecində fəaliyət göstərən Tələbə Gənclər Təşkilatının nəznində Akademik Həsən Əliyevin adına Yaşıl Dünya klubunun üzvləri və Azərbaycan Gənclərinə Dəstək proqramın birgə təşkilatçılığı ilə Akademik Həsən Əliyevin 15 dekabr doğum günü qeyd olunmuşdur.

İstixəbər.info xəbər verir ki, Akademik Həsən Əliyevin Elmi irsini araşdıran Tədqiqatçi Aqrar Elimler üzrə Fəlsəfə doktoru Xosrov Musayevlə görüş keçirilmiş, və Akademik Həsən Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Xosrov Musayev Akademik Həsən Əliyevi Təbiət Elminin Patriarxi adlandırmış, onun gördüyü işlərdən iştirakçılar məlumatlandırmış, iştirakçıları düşündürən sualları cavablandirmişdir, və sonda xüsusilə vurğulamışdır ki, “Bu Böyük Alimin həyatı və yaradıcılığı indiki, gələcək nəsillər üçün əsl tərbiyə və nümunə məktəbidir”
Bu günki tədbirimizdə dəyərli ziyalılarımız Əhliman Hüseyinov, Aydın Zeynalov, Əli Məmmədov çıxış edərək tələbələrə Akademik Həsən Əliyev kimi tebiəti sevməyi və qorumağı tövsiyə etmişdilər.
Tələbə Gənclər Təşkilatının sədri Elmin Xəlilov çıxışında bildirdi ki, ekologiyayla bağlı maarifləndirici tədbirlərin tez-tez keçirilməsi gənclər arasında ekoloji biliklərin artmasında faydalı olar.
Akademik Həsən Əliyevin adına Yaşıl Dünya klubunun sədri Əhmədova Pərvin öz çıxışında gördüyü işlər haqqında iştirakçıları məlumatlandırmiş və gələcəkdə bu cür tədbirlərin daha çox reallaşacagıni bildirmişdi və sonda fikrinı Akademik Həsən Əliyevin sözləri ilə desək, təbiəti sevərək qoruyaq cümləsi ilə tamamladı.

İstixəbər.info Bərdə 2018-ci il

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26