BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Quba rayonunda Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə anım mərasimi keçirilib – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ULU ÖNDƏRİN ƏZİZ XATİRƏSİ HƏR ZAMAN QƏLBLƏRDƏ YAŞAYACAQ

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixəbər.info-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsində Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbirdə birinci hissəsində Rayon Polis Şöbəsinin əməkdaşları Quba Rayon İcra Hakimiyyətinin qarşısında yerləşən ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə təzə-tər çiçəklər düzüblər.

Quba Rayon Polis Şöbəsinin inzibati binasında davam edən tədbirdə polis əməkdaşlarına Ulu Öndərin Azərbaycan Respublikasının müstəqilliyi və inkişafı yolunda göstərdiyi əvəzolunmaz xidmətləri barəsində məlumat verilib. Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Süleyman Neymətov şəxsi heyətə müasir Azərbaycanın ağır günlərində respublikamıza rəhbərlik etmiş, zəngin dövlətçilik təcrübəsi və misilsiz xidmətləri nəticəsində müstəqilliyimizin qorunub saxlanılmasında, milli dövlətçiliyimizin möhkəmləndirilməsində və ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunmasında danılmaz əmək və zəhməti olan muasir dövlətimizin qurucusu Heydər Əliyevin şərəfli ömür yolundan və vətənimiz Azərbaycan üçün misilsiz xidmətlərindən danışıb. Polis rəisi bildirib ki, ümummilli lider Heydər Əliyevin milli dövlətçilik tariximizdə verdiyi qətiyyətli qərarlarla müstəqilliyimizin formalaşmasında müstəsna xidmətləri olmuşdur. Məhz bunun nəticəsidir ki, artıq dövlətimiz dünya ölkələri arasında yüksək nüfuza malik demokratik dövlətlər sırasındadır. Dünya tarixində görkəmli şəxsiyyət kimi düşən H.Əliyevin xatirəsi hər zaman xalqımızın yaddaşında əbədi yaşayacağını bildirən S.Neymərov, müasir hüquq sistemimizin formalaşması, inkişafı və daxili işlər orqanlarının təşəkkülünün bilavasitə Ulu Öndərin adı ilə bağlı olduğunu bildirib.
Daha sonra çıxış edənlər H.Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və dünya azərbaycanlılarının həmrəyliyi üçün gördüyü danılmaz işlər barəsində geniş məruzə ediblər.

İstixəbər.info

loading...