BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Gənc idmançılarımızın inanılmaz uğurları – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

6-10 dekabr 2018 tarixində Bakı İdman Sarayında Dünya Budo Döyüş Növləri Federasiyasının təşkil etdiyi Dünya kuboku keçirilmişdir.

İstixəbər.info xəbər verir ki, bu yarışda Bakı Karate-do Akademiyası maksimum nəticə göstərmişdir.

Beləki 16 idmançı 10 qızıl, 3 gümüş, 1 bürünc medal olmaqla 14 medal əldə edə bilmişdir.

Qızıl medal sahibləri:
Rüstəmov Səid, Nağızadə Ziyəddin (2 versiya-2 qızıl), İbayev İbrahim, Hüseynli Nihat, Mirzəzadə Zaur, Hüseynov Asim, Yəhyayev İntizam, Xəlilova Jasmin, Kərimov Kənan;

Gümüş medal sahibləri;

Salıfov Allahverdi, Hacızadə Aytac, Xəlilova Fəridə;

Bürünc medal sahibləri;
Quliyev Ayxan

Əlavə olaraq qeyd edək ki, BKA -nın qurucusu və rəhbəri , idman ustası Vüsal Abdullazadədə bu yaxında Ukraynada Dünya Hərbi Döyüş Çoxnövçülüyü üzrə yenidən 3-cü dəfə dünya çempionu olmuş, iki tələbəsi də dünya çempionatında fərqlənməyi bacararaq Əlizadə İlkin (gümüş), İbayev İbrahim (bürünc medal) qazanmışdır.

İstixəbər.info 

loading...