BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Nadir Qafarzadənin pərəstişkarı olan xəstə qız Nadir üçün göz yaşları axıdır – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bir neçə həftə öncə DTV-Kanalı vasitəsi ilə yayımlanan “Qorxma Mən Səninləyəm” proqramında, Qəbələ rayonunun Tula kəndinə getmiş proqramın təsisçisi və aparıcısı Hacı Savalan Hafiz oğlu, 16-yaşlı sereberal iflic xəstəsi olan Nazpəri xanımın arzularını proqramın izləyicilərinə bəyan edib. Hacı Savalan Nazpəri qızımızın həyatda iki arzusunun olduğunu qeyd edib.Bu arzunun biri QMS-in Rəhbəri Hacı Savalanı evində görmək, ikinci arzusu isə müğənni Nadir Qafarzadənin onu evində ziyarət etməsini bildirib. Proqram vasitəsi ilə Nadir Qafarzadəyə səslənən proqramın eksertləri Nadir bəydən əvvəl razılıq əldə ediblər. Çox təəssüflər olsun ki, həftələrdir Nadir bəy bu gün sabah deyə-deyə eksertləri aldadır. Nazpəri xanımın anası isə telefon vasitəsi ilə proqramın rəhbəri Hacı Savalana bildirir ki, Nazpərinin hələdə gözləri qapıdadır. Onsuzda ailə vəziyyəti ağır olan ana indi də qızının Nadirə görə göz yaşı axıtmasından gileylənir. Azərbaycan qızlarını Marala bənzədən Nadir Qafarzadə nədənsə xəstə Maralımızı ziyarətə getmədi. Əcəba görən Qəbələdə imkanlı bir şəxsin toyu olsaydı Nadir bəy onuda proqramın eksertlər təki aldadardımı? Yəqin ki yox. Belə isə xəstəmizi sevməyəni biz niyə sevməliyik? Bax buna Nadir Qafarzadə özu cavab tapmalıdı./TƏZƏXƏBƏR.AZ

İstixəbər.info 

loading...