BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Zaur Baxşəliyev xəstə xanımı 9 saat yağışın altında saxladı? – İDDİA


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Tovuz sakinləri Zaur Baxşəliyevdən şikayətçidirlər.

İstixəbər.info xəbər veririk ki, Tovuz rayonundan olan Abuzərovlar ailəsi ATV kanalında yayımlanan “Bizimləsən” verlişinin aparıcısı Zaur Baxşəliyevin onların şikayətini dinləmədiyini, 9 saat yağışın altında saxladıqlarını iddia edirlər.

Kameramıza danışan ailə Zaurun verilişinə imkansızlıqdan ümid edib getdiklərini deyirlər.

“Biz Zaur Baxşəliyevin verilişinə müraciət etdik. Müraciətimizə cavab olaraq xəbər gəldi ki, qeydiyyata alındınız. Qeydiyyata alındığımıza baxmayaraq bizi dəvət etmədilər. Ağrılarım artdığından yoldaşıma dedim ki, məni apar Zaurun verilişinə bəlkə köməklik elədilər. Amma heç bizi kanalın qapısından içəri buraxmadılar. 9 saat yağışın altında saxladılar.” – xəstə xanım bildirdi.

Məsələ ilə bağlı verilişin watsap xətti ilə əlaqə saxladıq. Bir müddət sonra bizimlə əlaqə saxlayan kordinator bu məsələnin araşdırılacaqını, məlumatlarda səhv anlaşma olduğunu bildirdilər.

Həmin videonu Sizlərə təqdim edirik:

İstixəbər.info İnformasiya Portalı

loading...