BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Moskvadakı Çerkizov bazarının yerində yaşayış evləri tikiləcək


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Moskvada mənzil fondlarının yenilənməsi proqramı çərçivəsində Çerkizov bazarının yerində yaşayış evləri tikiləcək.

İstixəbər.info AZƏRTAC-a istinadən bildirir ki, Moskva Memarlıq və Şəhərsalma Komitəsinin sədri Yuliana Knyajevskaya bu barədə “Moskva” agentliyinə məlumat verib.

Onun sözlərinə görə, mənzil fondlarının yenilənməsi proqramının həyata keçirilməsi üçün 2019-cu ilin birinci yarısında keçmiş Çerkizov bazarı ərazisinin planlaşdırma layihəsi hazırlanacaq.

Məlumat üçün: 1990-cı illərin əvvəlindən 2009-cu ilə qədər fəaliyyətdə olmuş Çerkizov bazarı Moskvada iri əşya bazarı idi. Rusiya Miqrantlar Federasiyasının məlumatına görə, həmin bazarda 100 mindən çox insan çalışırdı. 2009-cu ildə Moskva hökumətinin qərarı ilə bu bazar ləğv edilib.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26