BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sabirabadda dəhşətli qəza: 4 yaşlı oğul öldü, ata yaralandı – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

İstixəbər.info xəbər verir ki, hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1973-cü il təvəllüdlü Ramiz Abdullayevin idarə etdiyi traktor “Ford” markalı 30-AA -194 dövlət qeydiyyatlı avtomobillə toqquşub.

Nəticədə traktor idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı traktorda olan sürcünün oğlu 2014-cü il təvəllüdlü Rasət Ramiz oğlu Abdullayev aldığı xəsarətlərdən yerindəcə ölüb. Traktorun sürücüsü isə ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report

İstixəbər.info İnformasiya Portalı

loading...