BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Hər çəkilən siqaret insan ömrünü 11 dəqiqə azaldır


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Hər il noyabrın üçüncü cümə axşamı bir sıra qərb ölkələrində Siqaretdən İmtina Günü kimi qeyd edilir. 1977-ci ildə Amerika Onkoloji Cəmiyyətinin təsis etdiyi bu tarix 1987-ci ildə ilk dəfə Dünya Səhiyyə Təşkilatı tərəfindən qeyd olunub.

İstixəbər.info xəbər verir ki, siqaretin tərkibində olan 4 minə qədər kimyəvi birləşmənin 50-si orqanizmdə xərçəngin yaranmasına səbəb olur. Elə bunun nəticəsidir ki, siqaret çəkmək səbəbindən hər il dünyada 7 milyon nəfər həyatını itirir ki, onların 10 faizi passiv siqaret çəkənlərdir.

Aparılan araşdırmalar göstərir ki, hər çəkilən siqaret insan ömrünü 11 dəqiqə azaldır. Çəkilən siqaretin tüstüsünün 25 faizi orqanizmə daxil olur, 75 faizi isə atmosferi zəhərləyir. Elə bunun nəticəsidir ki, hazırda dünyada iki uşaqdan biri tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alır. Hər gün 85 min nəfər siqaret çəkməyə başlayır, onlardan 22 mini bu zərərli vərdişdən yaxa qurtara bilmir.

Müstəqil araşdırma və sorğu təşkilatlarının apardığı tədqiqatlara görə, 18-49 yaş arasında olanların 50 faizi bu zərərli vərdişin aludəçisidir. Yenə də həmin mənbələrin araşdırmalarının nəticələrinə əsasən, qadın və uşaqların 41 faizi passiv siqaret çəkməyə məruz qalır. 13-15 yaşlı məktəblilər arasında aparılan sorğu göstərib ki, onların 10,8 faizi siqaretin dadından xəbərdardır.

2017-ci il dekabrın 1-də ölkəmizdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun qəbul olunub. Bununla yanaşı, vətəndaşların sağlam həyata qayıtması və ətrafdakıları zəhərli tüstü vasitəsilə passiv siqaret çəkməyə məcbur edənləri cəzalandırmaq kimi bir sıra digər addımların atılması planlaşdırılıb./ Azərtac

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26