BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Cəlaləddin Məmmədov yüksək mükafata layiq görüldü – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Cümhuriyyətimizlə yaşıd olan Azərbaycan Polisinin 100 illiyini də sevinc və qürur hissi ilə qeyd etdik. Bu möhtəşəm yubiley münasibətilə bu gün sıralarımızda xidmət edən, fədakarlıqlar göstərən həmkarlarımız, həmçinin təqaüddə olsalar da ölkə və Daxili İşlər Nazirliyi rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunmuş veteranlarımız yüksək mükafatlarla təltif olundular.
Onların arasında Quba Rayon Polis Şöbəsi Veteranlar Şurasının sədri, istefada olan polis mayoru Cəlaləddin Məmmədov da vardır. Respublikanın daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubovun müvafiq əmri ilə o, “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.

İstixəbər.info xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə Quba RPŞ-nin rəisi, polis polkovniki Süleyman Neymətov rayonda cinayətkarlıqla mübarizədə, ictimai-asayişin qorunmasında, gənc əməkdaşların peşəkarlığının artırılmasında, qabaqcıl təcrübənin onlara öyrədilməsində polis veteranlarının əhəmiyyətli rolunu vurğulayıb, yaşlarının bu çağında da onların məsuliyyətini, işgüzarlığını xatırladaraq yubiley medalını C.Məmmədova təqdim edib, ona uzun ömür, cansağlığı, işlərində yeni uğurlar arzulayıb.
Nazirliyin rəhbərliyi tərəfindən polis veteranlarının əməyinin yüksək qiymətləndirildiyini diqqətə çatdıran C.Məmmədov göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, rayonda cinayətkarlıqla mübarizədə, ictimai təhlükəsizliyinin təmin olunmasında və asayişin keşiyində bundan sonra da əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

İstixəbər.info İnformasiya Portalı

loading...