BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

«Zirvə» mədəniyyət və incəsənət ictimai birliyinin Xırdalanda növbəti seminarları keçirilib. FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

«Zirvə» mədəniyyət və incəsənət ictimai birliyi növbəti seminarları keçirilib.

İstixəbər.info saytı xəbər verir ki, «Zirvə» mədəniyyət və incəsənət ictimai birliyi «Təhsil prosesinin qarşılanmasında yerli icmaların fəallığının artırılması» layihəsi çərçivəsində növbəti tədbir və seminarları Xırdalan Şəhər Quşçuluq Massivində yerləşən 21 Nömrəli Kəlbəcər Tam Orta Məktəbində həyata keçirdi.

Prezident Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə 01.11.2018, 02.11.2018, 03.11.2018-ci il tarixlərdə «Təhsil prosesinin qarşılanmasında yerli icmaların fəallığının artırılması layihəsi çərçivəsində «Zirvə» mədəniyyət və incəsənət ictimai birliyinin təşkil etdiyi maarifləndirici tədbir və seminarlar Xırdalan Şəhər, Quşçuluq Massivində yerləşən 21 Nömrəli Kəlbəcər Rayon, Tam Orta Məktəbində icra edildi. Tədbiri 21 Nömrəli Kəlbəcər Rayon, tam Orta Məktəbin direktoru Şəmsi Nəbiyev açıq elan edərək gələn qonaqları salamladı və təhsildə qarşıya qoyulan məqsəd və vəzifələrdən, gələcəkdə həyata keçirilməsi vacib olan məsələlərdən danışdı. O, sonra sözü «Zirvə» mədəniyyət və incəsənət ictimai birliyinin sədri Şahin Qədirova verdi. Şahin Qədirov öncə Vətəndaş Cəmiyyətinin inkişafının əhəmiyyətindən, təşkilatın gördüyü işlərdən, qarşıya qoyulmuş məqsəd və vəzifələrdən ətraflı məruzə etdi. Əlavə olaraq təhsil sistemimizdə olan müsbət ənənələri saxlamaqla bərabər, yeni idarəetmə yollarının tətbiq edilməsinin əhəmiyyətini vurğuladı.

Ekspert Vəfa İsmayılova söz alaraq, yerli icmaların imkan və resurslarını təhsil sisteminin inkişafına yönəltməyin yollarından xeyli söhbət açdı.O vurğuladı ki, icmaların, ictimaiyyətin təhsil prosesinə cəlb edilməsi yeni nəslin kamil şəxsiyyət kimi yetişməsində əhəmiyyətli rol oynamış olar.

21 Nömrəli Kəlbəcər Rayon, Tam Orta Məktəbin tədris hissə müdiri Nailə Əsgərova söhbətə qoşularaq, yerli icmaların əlaqələndirmə mərkəzinin təşkil edilməsini təklif etdi. Eyni zamanda məktəbin qarşılaşdığı çətinliklərdən, istilik sisteminin olmamasından, bəzi məcburi köçkün valideyinlərin uşaqlarına dərs vəsaitlərinin alınmasında çətinlik çəkmələrindən ətraflı söhbət açdı.

Qaçqınlar Komitəsinin, Abşeron Rayonu Üzrə, Kəlbəcər Rayonunun səlahiyyətli icra nümayəndəndəsi Gültəkin Cəlilova QHT-lərə Dövlət Dəstəyi Şurasının QHT-lərin ən vacib layihələrinin dəstəklənməsindən, gördüyü işlərin əhəmiyyətini qeyd etdi.

Tədbirdə İstixəbər.info  saytının baş redaktoru,  Qorxma Mən Səninləyəm verilişinin şimal bölgəsi üzrə xüsusi muxbiri Rəşad Orucoğlu Ağaşirinov çıxışı zamanı müasir şagirdlərin dünya görüşünün fərqli olmasından, informasiya bolluğunun çoxluğundan, yeniyetmə və gənclərimizə internet üzərindən yayımlanan məlumatların faydalarından, eyni zamanda zərərli məqamlarından ətraflı məlumatlar verdi.

Sonda tədbir iştirakçılarına papkalar, metodiki tövsiyyələr və dəftərxana ləvazimatları paylandı.

«Təhsil prosesinin qarşılanmasında yerli icmaların fəallığının artırılması» layihəsi 02.03.2018-ci il tarixlərdə öz işini davam etdirdi. Layihənin seminar hissəsini layihə rəhbəri Şahin Qədirov, ekspert Vəfa İsmayılova həyata keçirdi.Seminar iştirakçıların xüsusi diqqət və marağına səbəb oldu.Təlimdə iştirak edən nümayəndələr, bu cür seminarlarlara əhalinin ciddi ehtiyac duyduğunu qeyd etməklə bərabər , öz aldıqları bilgi və məlumatları seminarda iştirak etməyən digər həmkəndliləri arasında paylaşacaqlarını bildirdilər.

Tədbir və seminarlar çay, kofe süfrəsi arxasında yekunlaşdı.

Tədbirdən fotoları sizlərə təqdim edirik:

İstixəbər.info İnformasıya Portalı Bakı Xırdalan 2018-ci il

Baş redaktor :Rəşad Ağaşirinov

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26