BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Siyəzəndə tonlarla xurma yolu sarı rəngə bürüdü. FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Siyəzən rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

İstixəbər.info xəbər verir ki, bu gün səhər saatlarında Bakı-Quba yolunun Siyəzən rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Beləki, Tərtər rayonundan Xudat şəhərinə Xurma meyvəsi aparan iritonajlı yük maşınının sol hissəsinin dağılması nəticəsində nəqliyyat vaistəsində olan 20-ton məhsul yola dağılıb. Dövlət nömrə nişanı 10-ZG-405 olan kamaz markalı avtomaşının sürücüsü deyir ki, yükü Xudat şəhərinə , ordan isə qatarla Rusiyaya yola salınacaqdır. Yükün dağılmasına səbəb kimi isə sürücü meyvə yüklənən yeşiklərin standartlara uyğun olmamasını söylədi. Hadisə nəticəsində məhsulun sahibinə və sürücüyə xeyli ziyan dəydiyi aydın olur.

İstixəbər.info İnformasıya Portalı  Siyəzən -2018-ci il

Baş redaktor:Rəşad Ağaşirinov

loading...