BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

«Təhsil prosesinin qarşılanmasında yerli icmaların fəallığının artırılması» layihəsinin tədbiri keçirildi – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

«Təhsil prosesinin qarşılanmasında yerli icmaların fəallığının artırılması» layihəsinin tədbir və seminarları Xırdalan şəhər, 1 Saylı Laçın Köçkün Tam Orta Məktəbində baş tutub.

İstixəbər.info xəbər verir ki, «Zirvə» mədəniyyət və incəsənət ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə «Təhsil prosesinin qarşılanmasında yerli icmaların fəallığının artırılması» layihəsi çərçivəsində ilk tədbir və seminarları 24.10.2018, 25.10.2018, 26.10.2018-il tarixlərdə Xırdalan şəhər, 1 Saylı Laçın Köçkün Tam Orta Məktəbində həyata keçirib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Vəfa İsmayılova açıq elan edərək QHT nümayəndələrini və qonaqları salamlayıb. Sonra o sözü «Zirvə» mədəniyyət və incəsənət ictimai birliyinin sədri Şahin Qədirova verib. Şahin Qədirov öncə Ümummilli Liderimiz Heydər Əliyevin və cəmi şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyi tədbir iştirakçılarından xahiş etdikdən sonra layihə haqqında ətraflı məlumat verib. O bildirib ki, müasir məktəb müəyyən problemlərin həlli üçün bütün cəmiyyətin səylərini bir araya gətirməkçün yeni yollar tapmalıdır. Hər bir tərəf təhsilin inkişafında tərəfdaşlıq prinsiplərindən irəli gələn qarşılıqlı, faydalı dialoq, maarifləndirmə, qərarların qəbul edilməsində bərabərlik, könüllü əməkdaşlıq prinsiplərinə riayət etməlidir.Əlavə olaraq qeyd edib ki, təhsilin keyfiyyətinin yaxşılaşdırılması vasitəsi kimi digər qurumlar və təşkilatların, icmaların, təhsil prosesinə cəlb olunması zəruridir. Yeni nəsli gələcək həyata hazırlamaq məqsədilə onların ünsiyyət bacarıqlarını, yeni şəraitə uyğunlaşma keyfiyyətlərini inkişaf etdirməklə cəmiyyətin gələcək fəal üzvünə çevirmək bu gün qarşıya qoyulan ən vacib şərtlərdən biridir.
Ekspertlərdən Rəşad Oruc oğlu Ağaşirinov çıxışında vurğuladı ki, yerli icmaların tərəfdaşlıq prinsiplərini düzgün təşkil etmək üçün bütün münasibətlər müqavilə ilə tənzimlənməlidir. Sosial -ictimai tərəfdaşlıq tərəflərin fəaliyyətini təkcə məktəbin divarları arasında deyil, həm də xaricində sosial tərəfdaşlar tərəfindən verilən resurslardan istifadə etməklə təşkil etməyə imkan verir.
Ağsaqqallar Şurasının nümayəndəsi Mahal İsmayılov söz alaraq, Müasir cəmiyyətin-qeyri sabitliyi, sosial və iqtisadi dəyişikliklər, orta məktəb təhsili qarşısında yeni yanaşma, idarəetmə tələbləri qoymasından, xarici resuslar və imkanları təhsilin inkişafına cəlb etməklə təhsil mühitinin inkişafı üçün yeni bir idarəetmə yoluna başlamağın önəmindən danışdı.

Tədbirdə müxtəlif icma nümayəndələrinin, müəllimlərin, valideyinlərin, yuxarı sinif şagirdlərinin maraqlı təklifləri, çıxışları və qarşılaşdıqları çətinliklərin həlli yolları müzakirə edilib.
«Təhsil prosesinin qarşılanmasında yerli icmaların fəallığının artırılması» layihəsi 25.10.2018, 26.10.2018-il tarixlərdə öz işini davam etdirdi. Layihənin seminar bölməsi layihə rəhbəri Şahin Qədirov, ekspertlərdən Vəfa ismayılova, Rəşad Ağaşirinov tərəfindən icra edildi. Seminar şagirdlər və böyüklərin müvafiq sahələrdə birgə fəaliyyətinin təşkili , seminar və dəyirmi masaların keçirilməsi üçün ictimai birliklər, icmalar dövlət müəssisələri arasında mütəmadi dialoq qurmaq məqsədilə sosial -ictimai fəal məktəblərdə internet üzərindən əlaqələndirici şəbəkələrin yaradılması və s. mövzuları əhatə etdi.İştirakçıları narahat edən bütün suallara aydınlıq gətirildi.
Laçın şəhər 2 saylı musiqi məktəbinin direktoru Böyükağa Həsənov gələn qonaqlara minnətdarlığını bildirərək, bu cür maarifləndirici görüşlərin icmalar və müəllim, şagird, valideyinlər arasında mütəmadi təşkilinin əhəmiyyətindən söhbət açdı və belə maarifləndirmə tədbir və seminarların bu sahəyə təkan verəcəyinə inandığını bildirdi.
Sonda tədbir iştirakçılarına dəftərxana ləvazimatları paylanıb.Çay-kofe süfrəsi arxasında ekspertlərlə icma nümayəndələrinin, müəllim, şagird, valideyinlərin səmimi fikir mübadilələri davam edib.

Tədbirdən fotoları sizlərə təqdim edirik:

İstixəbər.info İnformasiya Portalı

loading...