BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

NƏVƏLƏRİMİ POLİS XİLAS ETDİ – QUSAR SAKİNİ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Daxili İşlər Nazirliyinə hər gün polis əməkdaşları tərəfindən aparılan operativ xidmətdən əlavə, onların qayğıkeş və xilaskar xidmətləri barədə yüzlərlə təşəkkür mətkubları ünvanlanır. Onlardan biri ilə sizləri tanış etmək istərdik.

Qusar sakini Əzimə Əlimova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Qusar Rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru Firuddin Kərimovun onun bir yaşlı nəvələrinin xilas olunmasında göstərdiyi şücaətdan bəhs edib. Müəllifinin məktubu ilə tanış olduqdan sonra hadisəni müəllifin öz dilindən eşitmək üçün onların qonağı olduq.
Qonaq olduğumuz evdə bizə həmin gün baş verənlər barəsində danışan Əzimə nənə bildirdi ki, Rusiya Federasiyasında yaşayan oğlu Mübariz ailəsiylə birlikdə hər il yay aylarında istirahət üçün Qusara gəlir. Bu il isə bizim üçün tamam fərqli oldu. İki əkiz nəvəmin 1 yaşı tamam olurdu və biz ad gününü burda qeyd etdik. Sevincimizin həddi-hüdudu yox idi. Lakin bu sevincli günlərdə biraz sonra ağla gəlməyən bir hadisə baş verdi. Kənddə olarkən mənə zəng gəldi ki nəvələrim evdə tək qalıb və ehtiyatsızlıqdan qapı bağlanıb. Evdə isə qaz sobası işlək vəziyyətdə idi. İnsanın köməksiz vəziyyətdə qalmasını isə sizə necə ifadə edim bilmirəm, amma həqiqətəndə hər bir sözdən bir ümüd gözləyirdim. Binanın qarşısında bütün qonşular yığılmışdılar. Bu zaman camaat arasında bir nəfər birdən – birə qonşu bloka yollandı və mənimlə divar qonşusu olan şəxsin evinə qirdi. O zaman gördük ki, bu şəxs 4-cü mərtəbənin pəncərəsindən bizim evin pəncəsini qıraraq evə daxil oldu və evin qapısı açdı. İki nəvəmi onun qucağında sağlam gördükdən sonra isə sözün əsl mənasında dünyalar mənim oldu. Əlini yaralanmışdı, lakin o, mənə əsas uşaqların sağlamlığının vacib olduğunu bildirdi. Sonradan isə mən onun Qusar Rayon Polis Şöbəsinin əməkdaşı olduğunu bildim. Çox sağ olsun, mənə dünyaları bəxş etdi.
Məktubun sonunda isə Əzimə nənə belə bir ifadə işlədib. Polisin qəhrəmanlığı barədə bütün Qusar əhalisi danışır. Nə xoşdur ki Azərbaycan polisi həmişə xalqa arxa-dayaqdır.
Sonda sizlərə Qusar Rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru Firuddin Kərimov haqqında qısaca məlumat vermək istərdim. İgid polisimiz 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olub. 1988-ci ildə Sumqayıt ŞPİ-nin PPX-də polis nəfəri kimi xidmətə başlayıb. 2001-2006-cı illərdə Polis Akademiyasında qiyabı təhsil aldıqdan sonra Qusar RPŞ-nin CAB-də əməliyyat müvəkkili vəzifəsində xidmətin davam etdirib. Hal-hazırda həmin bölmənin baş əməliyyat müvəkkili vəzifəsində çalışan F.Kərimova xidmətə yeni başlayan gənc əməkdaşlara öz köməkliyini əsirgəmir. Qarabağ müharibəsi veteranıdır. O, 1991-1995-ci illərdə Şuşa, Ağdam, Füzuli və digər istiqamətlərdə gedən döyüşlərdə
iştirak edib. Bu müharibədə iki qardaşı şəhid olub. Qardaşı Firdovsi Kərimov Ağdərə rayonu Qaradağlı kəndi istiqamətində, Teymur Kərimov Canyataq-Gülyataq istiqamətində gedən döyüşlərdə mərdliklə vuruşaraq şəhid olublar.
Firuddin Kərimov ailəlidir. 3 övladı, 2 nəvəsi var.

İstixəbər.info İnformasiya Portalı

loading...