BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şagirdlərlə birlikdə təhsil alan göyərçinlər. Şimalın soyuğuna tab gətirən şüşəsiz məktəb – FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixəbər.info  saytına  Xaçmaz rayon Qusarçay kənd sakinləri adından Arif Məmmədov adına tam orta  məktəbinin əsaslı təmirə ehtiyacı olmağı barədə şikayət məktubu daxil olub.

Bu gün həmin şikayət məktubunun  araşdırılması üçün çəkiliş qrupumuz adı çəkilən kəndin məktəbində oldu. Məktəbin vəziyyəti ilə tanış olduqda bəlli oldu ki , həqiqətən bu məktəbin ciddi təmir olunmasına ehtiyac var. Məktəbin ümumi halda bünövrə hissəsində hər hansı çatlara, qopmalara rast gəlmədik. Amma məktəbin bütünlükdə qapı, pəncərə, istilik sistemi, idman zalı, məktəb ləvazimatlarının  yenilənməsinə ehtiyac duyulur. Məktəbin şimal hissəsində pəncərələrdə şüşə olmadığından onu deyə bilərik ki, təhsil alan şagirdlərin bir nömrəli qonağı məhz göyərçinlər olur.

Məktəbin direktoru Ramiz Baxışov məktəbin təmir olunması üçün rayon rəhbərliyinə də məlumat verdiklərini söylədi. Direktor deyir ki, məktəbin bu vəziyyətdə olmasına baxmayaraq, bu il ali təhsil ocaqlarına 15 nəfər şagird yaxşı nəticə göstərərək , ali məktəblərə qəbul olub. Məktəbdə ümumilikdə 60 nəfər müəllim heyəti , 863 nəfər isə şagird təhsil alır. Məktəb nə qədər tez təmir olunsa biz müəllimlər, valideyinlər və şagirdlər üçün əsl toy-bayram olar.

Cəsarət Valehov

Qusarcay məktəbinin vəziyyətini, nə zaman təmir olunacağı vaxtı dəqiqləşdirmək üçün Təhsil Nazirliyinin mətbuat xidmətinin rəisi Cəsarət Valehovla əlaqə saxladıq. Cəsarət müəllim bildirdi ki, məktəblərin təmir olunması, təmir üçün layihəyə salınması kimi məsələləri rayon təhsil şöbələri daha yaxşı bilir. Siz onlarla əlaqə saxlayın.

Yubanmadan Xaçmaz Marif şöbəsinin  müdiri Mədinə Nurməmmədovayla əlaqə saxladıq. Mədinə xanım İstixəbər.info-ya bildirdi ki , biz məktəblərdə təhsilin vəziyyətinə cavabdehlik daşıyırıq. Qaldı ki, məktəbin təmirinə bu işlərlə ayrı –ayrılıqda təmir-tikinti-maliyyə qurumları məşğul olur və bunun üçün dövlət səviyyəsində maliyyə ayrılır. Siz Təhsil Nazirliyinin 2- saylı Ərazi Maliyyə Hesablaşmasının rəisi Şahin İsrafilovla əlaqə saxlayın.

Şahin müəllim bizimlə danışığında bildirdi ki, həmin məktəbin vəziyyətindən xəbərdarıq. Məktəbin təmir olunması üçün dövlət səviyyəsində məsələ qaldırılıb və 2019-cu ilin layihəsinə salınıb. Ümid edirik ki, yaxın vaxtlarda maliyyə vəsaiti ayrılacaq və məktəb təmir olunub Qusarçay əhalisinin istifadəsinə veriləcək.

Bu arada ulu öndər Heydər Əliyevin bir cümləsini xatırlatmaq istəyirik.

Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam. Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir…

Hörmətli İstixəbər.info və Xaçmaz rayon Qusarçay kənd sakinləri bu arada bir atalar misalını xatırlatmaq istəyirik. Minə dözən , min birə də dözər. Elə isə sizə də gələn ili gözləmək qalır. Xəbər saytı olaraq sizin də şikayətinizə biganə qala bilməzdik. Ümid edirik ki, gələn il bu vaxt şikayyətçi olduğunuz məktəbin təmir olunub yenidən açlışını çəkməyə gələrik..

Amma, hal-hazırda sizi təmirə ehtiyacı olan məktəbdən hazırladığımız videomateriala baxmağa dəvət edirik:

İstixəbər.info İnformasıya Portalı

Rəşad Ağaşirinov:Baş redaktor

loading...