BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Kranla qaldırılan yük fəhlənin başına düşdü, yerindəcə öldü – BAKIDA


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakıda dəhşətli ölüm hadisəsi baş verib.

İstixəbər.info xəbər verir ki, Nizami rayonu Çobanzadə küçəsində “Buxar Mühəndislik” MMC-də yük kranı ilə qaldırılan yük təhlükəsizlik qaydalarının pozulması nəticəsində fəhlənin üstünə düşüb. Ağır xəsarət alan Məmmədrzayev Əzizağa Saatmirzə oğlu aldığı xəsarətlərdən vəfat edib.

Bildirilir ki, “MAZ 5335” markalı yük kranını Mətləb Orucov adlı şəxs idarə edib. Hadisə kranın kəmərinin düzgün bərkidilməməsi səbəbindən baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./publika.az

İstixəbər.info İnformasiya Portalı

loading...

TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26