BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanda bədbəxt hadisə baş verib, ölən və yaralanan var


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Cəlilabad rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə ağır yaralanıb.

İstixəbər.info “report”-a istinadən bildirir ki, hadisə Şıxlar kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənddəki evlərdən birinin həyətinin hasarının söküntüsü zamanı divar uçaraq Komanlı kənd sakinləri – 20 yaşlı Əbilov Ruslan Xosrov oğlu və 30 yaşlı İsmayılov Emin Cəbrayıl oğlunun üzərinə aşıb. Nəticədə E.İsmayılov ölüb, R.Əbilov isə ağır xəsarətlər alıb. R.Əbilovun vəziyyəti kritik olduğu üçün o, paytaxtdakı xəstəxanalardan birinə aparılıb.

Hadisənin dəqiq başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...