BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qazaxdakı uşaq bağçalarından getmiş tənqidi yazıya təkzib verildi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ölkəmizdə fəaliyyət göstərən əksər aparıcı informasiya portallarında dərc olunan tənqidi materiallarla bağlı, juranlist araşdırmalarında çətin problemlərlə üzləşərkən məqalənin axırında “Qarşı tərəfin fikirlərini də öyrənməyə və dərc etməyə hazırıq” cümləsini də əlavə edilir. Kütləvi İnformasiya Haqqında Qanunun müvafiq maddəsinə əsasən əgər tənqidi yazıdan qarşı tərəf narazı olaraq obyektiv fikirlərini bildirirsə, o zaman sayt həmin yazını da dərc etməyə borcludur. Həm də bu ən böyük peşə mədəniyyəti və etikasıdır.

İstixəbər.info Mediaxəbərləri.az-a istinadən xəbər verir ki, son bir həftə ərzində Qazax şəhər 3 saylı körpələr evi-uşaq baxçasından redaksiyamıza daxil olan və iddia olunan məlumatlar oduğu kimi dərc edilmişdir. Guya orada və digər baxçalarda qanun pozuntuları, rüşvətxorluq hallarının baş-alıb getməsindən söz açılmış, kadrların yerində olmaması dilə gətirilmişdi.

Materialı verən mənbənin dedikləri “Mediaxeberleri.az” saytında getdikdən sonra redaksiyaya çoxlu zənglər edilib. Yazılanların haqqa uyğun olmadığı bildirilmişdir. Hətta, saytın elektron poçtuna yazılı informasiyalar da daxil olub. Orada göstərilir ki, Qazax rayonuna 2 il yarım vaxtdır ki, Rəcəb Babaşov gələndən sonra baxçalarda uzun illərdi ki, dayanan fəlaliyyət bərpa edilib. Babaşovun Qazaxda olan bütün baxçaları yenidən qurmaq, əsaslı təmir etdirmək birinci amalı olub. Başçı qazaxlılar qarşısında həmişə çıxış edərkən gələcəyimiz hesab edilən fidan balalarımızın daha yaxşı yaşaması, onların parlaq səhərlərə daha nikbin baxmaları üçün baxçalarda çox böyük işlər görəcəyini vurğulamışdı. Əslində elə də oldu.

Qazax rayonunda fəaliyyət göstərən, demək olar ki, bütün körpələr evi-uşaq baxçaları Avropa standartlarına uyğun şəkildə əsaslı təmir edilib. Bütün avadanlıqlar yenilənib. İşçilər arasında əmək intizamı güclənib, xırda nöqsanlar tamamilə aradan qaldırılıb. Baxçada çalışan müəllim və daiyələrə məxsus geyim paltarları verilib.
Hazırda isə Qazax şəhər 6 saylı körpələr evi-uşaq baxçasında və 2-ci Şıxlı kənd uşaq baxçalarında əsaslı təmir gedir. Aparılan təmir işləri yekunlaşmaq üzrədir. Baxçaların əsaslı təmirinə və balalarımızın gələcəyinə daha çox maraq göstərən Qazax RİH-nin başçısı cənab Babaşov baxçalardakı fəlaiyyətə, fidan balaların yeməyindən tutmuş yaşamaq şəraitinə kimi diqqət yetirr, çatışmayan məsələləri yerindəcə həll edir.

Onu da qeyd edək ki, son 2 ildə Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə tikilmiş Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçası, şəhər bağçalarından 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsi, 2 saylı uşaq bağçasının əsaslı şəkildə təmir olunması, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının, Xanlıqlar kənd körpələr evi-uşaq bağçasının, Cəfərli kənd uşaq bağçasının əsaslı şəkildə yenidən qurulması, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarının əsaslı təmir olunması bu sahənin daim diqqət mərkəzində olmasından xəbər verir.

Şəhərin mərkəzində əsaslı şəkildə yenidən qurulan 95 yerlik 3 saylı körpələr evi-uşaq bağçası da Prezidentin imzaladığı Sərəncamın Qazax rayonunda olduğu kimi icra edilməsi deməkdir.

Qazax rayonunda fəaliyyət göstərən bütün körpələr evi-uşaq baxçalrının Avropa satandartlarına uyğun olaraq əsaslı təmir edilməsində, Prezident cənab İlham Əliyevin sosial problemlərin Qazaxda da aradan qaldırılmasında icra başçısı Cənab Rəcəb Babaşovun böyük əməyi var. Yəni hər şey göz qabağındadır.

Redaksiya olaraq Babaşovun Qazaxda gördüyü, baxçalardan tutmuş rayonun bütün sahələrindəki inkişafa, abadlıq-quqruculuq işlərinə kimi, eyni zamanda insan amilini ən başlıca meyar seçdiyinə görə alqışlayırıq.

Redaksiyamızın elekton poçtuna göndərilmiş baxçalar haqqındakı əsassız yazıları pisləyirik. Bunu həm də Babaşovun Qazaxda apardığı uğurlu işlərin üstünə kölgə salmaq kimi qiymətləndiririk.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26