BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sürüşmə sahəsində monitorinq və müşahidələr aparılır (Yenilənir)


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sürüşmə ərazisində aktivlik davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan İstixəbər.info-ya verilən məlumata görə sürüşmə zonasında saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti mütəmadi olaraq davam edir. Ərazinin üst hissəsindəki evlərin hasarlarının təxminən 30 metr hissəsi ucaraq sürüşmə kütləsi üzərinə tökülüb. Həmin hasarın digər hissəsində eni 30 sm olan aralanma baş verib.

——-

Sürüşmə ərazisində monitorinqlər davam etdirilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan  Qərargahdan İstixəbər.info-ya verilən məlumata görə sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik davam edir. Sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti müşahidə olunub. Ərazinin üst hissəsindəki evlərin hasarlarının birində eni 2, hündürlüyü 1 metr olan hissəsində uçqun töküntü prosesi qeydə alınıb.

——-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan İstixəbər.info-ya verilən məlumata görə sürüş­mə zonasında saat 12­:00-a olan monitorin­qlərin nəticəsinə əs­asən ərazidə gərginl­ik davam edir. Ərazi­nin üst hissəsindəki evlərin hasarlarına qoyulmuş gips mayak­larda dəyişiklik müş­ahidə olunmayıb.

——-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan İstixəbər.info-ya verilən məlumata görə sürüşmə zonasında saat 09:00-a olan monitorinqin nəticələrinə əsasən sahədə nisbi stabiillik qalmaqdadir. Sürüşmə kütləsi üzərində vizual hiss olunan dəyişiklik baş verməyib. Kütləni təşkil edən pozulmuş süxurların ara-sıra yamac boyu hərəkəti qeydə alınıb. Sürüşmənin dinamikasını nəzarətdə saxlamaq üçün ərazinin üst hissəsindəki evlərin hasarlarına gips mayaklar qoyulub.

İstixəbər.info İnformasiya Portalı

loading...