BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Həbib erməni idmançını darmadağın etdi – Video


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun illər öncə erməni idmançısı Aşot Şahinyanla döyüşünün kadrları yayılıb.

İstixəbər.info xəbər verir ki, 2011-ci ilin mayın 6-da “Union Nation Cup 15” turniri çərçivəsində baş tutan döyüş Həbibin açıq-aşkar üstünlüyü ilə başa çatıb.

Döyüş zamanı Həbib erməni rəqibinə ona bir zərbə də vurmağa imkan verməyib. Həbibin zərbələrinə davam gətirə bilməyən Şahinyan isə onun qabağından qaçmaqla canını qurtarmağa çalışıb.

Döyüş ilk raundun 2-ci dəqiqəsində erməni idmançısının nokauta düşməsi ilə başa çatıb.

Maraqlıdır ki, ağır zərbələr almasına və açıq-aşkar Həbibə uduzmasına rəğmən, Şahinyan hakimin qərarına etiraz da etməyə özündə həya tapıb və nəticə elan olunmazdan öncə nümayişkaranə şəkildə rinqi tərk edib.(axar.az)

İstixəbər.info İnformasiya Portalı

loading...