BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakıda sərnişin avtobusunda cibgirlik edən şəxs saxlanılıb – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakıda 46 saylı sərnişin avtobusunda
cibgirlik edən şəxs saxlanılıb.

İstixəbər.info xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində ictimai nəqliyyat, insanların sıx olduğu yerlərdə cibgirlik edən Bakı şəhər sakini Elnur Hüseynov saxlanılıb. Araşdırma zamanı onun 46 saylı sərnişin avtobusunda bir qadının çantasından 50 manat pul oğurladığı məlum olub. Saxlanılan şəxs ifadəsində tərətdiyi cinayəti etiraf edib.

Qeyd edək ki, E.Hüseynov  metrostansiyalarda cibgirlik etdiyi üçün bir dəfə saxlanılaraq məsuliyyətə cəlb olunub. Sonuncu faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Gördüyünüz bu şəxsin digər analoji cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26