BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qidasında çox şəkər olan uşaqlar daha aqressiv olub, içki və siqaretə başlayır– Diqqətli olun


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

10-15 yaş arasında uşaqlar içində daha çox şəkər, şirniyyat qəbul edənlər aqressiv olur, dava-dalaş  yaradır, daha tez siqaret çəkməyə başlayır, içkiyə meyilli olur.

İstixəbər.info medicina.az-a istinadən bildirir ki, aparılan təcrübə göstərib ki, energetik içki, şirin içki, şirniyyat qəbul edən uşaqlar 3,5 dəfə daha münaqişəyə meyilli olub, digər uşaqlara qarşı təhqirə yol verib, ələ salıblar.

Rasionda qənd, şəkər çox olan uşaqlar 2 dəfə çox davalarda iştirak ediblər.

Məsələn, Böyük Britaniyada konfet, şokolad, şirin sular içən məktəblilər 89% daha çox siqaret çəkib, içkiyə başlayıblar.  Onlar digər uşaqları münaqişəyə çəkiblər.

Ən pis vəziyyət İsveçdə olub. Burda məktəblilərin gündəlik rasionunda şəkər daha çox olduğundan, uşaqlar zorakı meyilli olub, daha erkən zərərli vərdişlərə qurşanıblar.

Alimlər bildirir ki, 11 yaşından sonra uşaqlara sutkalıq 30 qramdan artıq şəkər qəbul etmək olmaz. Misal üçün qeyd edək ki, bir butul cola və bir ədəd Mars şokoladında 35 qram şəkər var. Energetik içkilərdə isə bu miqdar daha çoxdur. Ona görə gündə bir ədəd energetik içki və ya bir ədəd Cola, bir iki ədəd şokolad yeyən uşaqlarda aqressiya simptomları artacaq.

İstixəbər.info İnformasiya Portalı

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26