BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yenidoğulmuş nə vaxt eşitməyə və görməyə başlayır?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bətndaxili həyatın 16-cı həftəsindən başlayaraq döldə işığa qarşı həssaslıq yaranır; ananın qarnına yönəldilmiş güclü işıq onu qıcıqlandırır.

Anadan olandan sonra uşaq gözlərindən 25-30 sm məsafədə olan əşyaların cizgilərini artıq görür. Ehtimal edirlər ki, uşaq vizual olaraq anasını 3 ayından tanımağa başlayır.

Kəskin, qəfləti işığa görən körpə bəbəklərin daralması, göz qapaqlarının yumulması və başı arxaya atmaqla reaksiya verir.

Sübut olunmuşdur ki, uşaq anadan olmamışdan çox-çox əvvəl eşitməyə başlayır. Anadan olan kimi o, ata-anasının səsini tanıyır, danışıq nitqini digər küylərdən ayırır. Saat çıqqıltısı onun çox xoşuna gəlir, yəgin ki, bu səs ona ananın ürəkdöyunməsini xatırladır.

Uşağın eşitmə qabiliyyətinin zəifliyini və ya karlığını onun güclü səsə olan reaksiyası ilə yoxlayırlar. Bu zaman ayrı-ayrılıqda hər qulağının yaxınlığında əl çalmaya uşaq göz qırpımı ilə reaksiya verməlidir./Milli.Az

İstixəbər.info İnformasiya Portalı

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26