BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanın məşhur aktyoruna ağır itki


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Əməkdar artistə ağır itki üz verib.İstixəbər.info  İstiPress-in Şimal bürosuna istinad edərək xəbər verirki, Qubada yaşayan əməkdar artist Məcnun Hacıbəyovun iş adamı olan bacısı oğlu Mətləb İmaməliyev qəzada həlak olub. İş adamı Türkiyədə yaşayıb, qəza da məhz orada baş verib.

“Bacım oğlu Mətləb Türkiyədə avtomobil qəzasında ölüb. 52 yaşı vardı. O, Antaliyada yaşayıb, işləyirdi. Bacım da cavan dünyadan köçmüşdü – 29 yaşında”.

Məcnun Hacıbəyov bildirib ki, bacısı oğlunun ailəsi Sumqayıt şəhərində yaşayır, onun 2 qızı var.

Hazırda mərhum Mətləb İmaməliyevin cənazəsinin Azərbaycana gətirilməsi üçün Türkiyədə lazımi sənədləşmə işləri aparılır. Mərhum Qubanın 2-ci Nügədi kəndində dəfn ediləcək.

İstixəbər.info İnformasıya Portalı

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26