Bz. Dek 15th, 2019

Fəhlələri daşıyan avtomobil aşdı: iki ölü, iki yaralı

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Göygöldə fəhlələri daşıyan yük avtomobilinin qəzaya uğraması nəticəsində ölənlərin və yaralananların kimlikləri məlum olub.

İstixəbər.info-un Report-a istinadən məlumatına görə, Göygöl şəhər Təmizlik İdarəsinə məxsus yük maşınının idarəetmədən çıxaraq aşması nəticəsində Göygöl şəhər sakini, 1966-cı il təvəllüdlü Elman Saleh oğlu İmanov və Göygöl rayon Toğana kənd sakini, 1967-ci il təvəllüdlü Niyazi Mircəfər oğlu Verdiyev ölüb.

Onların meyitləri aşan avtomobilin altından çıxarılaraq morqa aparılıb.

Hadisə zamanı Göygöl rayon sakinləri, 1980-ci il təvəllüdlü Habil Telman oğlu İmanov və 1978-ci il təvəllüdlü Vaqif Renger oğlu Nəcəfovyaralanıblar. Qəzaya uğrayan yük maşınının sürücüsü isə xəsarət almayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı