BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

160 saylı marşrut avtobusu daha bir ağır yol qəzası törətdi – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakının Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi törədilib.

İstixəbər.info bildirir ki, ölkə.az-ın hadisə yerindən verdiyi məlumata görə, 160 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu 90-BD-653 dövlət nömrə nişanlı “Lada” markalı avtomobillə toqquşub.

Nəticədə minik avtomobili yarasız vəziyyətə düşüb. Hadisə yerinə Təcili Tibbi Yardım və Dövlət Yol Polis İdarəsi əməkdaşları gəliblər.

Qəza nəticəsində minik avtomobilini idarə edən, 1976-cı il təvəllüdlü Mənsurə Məmmədova və onun 6 yaşlı övladı Rəçad Məmmədov xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, bu, son bir həftə ərzində 160 saylı marşurut tərəfindən törədilən ikinci qəza hadisəsidir.

Xatırladaq ki, oktyabrın 1-də Xəzər rayonu Binə qəsəbəsində 160 saylı marşurut avtobusu ilə qatar toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 34 nəfər isə yaralanıb.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26