BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Əyilə bilən telefon gələn ay təqdim edilə bilər


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Samsung” şirkəti artq uzun müddətdir əyilə bilən smarton modeli üzərində çalışır.

İstixəbər.info qafqazinfo-ya istinadən xəbər verir ki, “Korea Times” şirkətin ilk əyilə bilən smartfon modelini 7-8 noyabr tarixlərində San-Fransiskoda keçiriləcək “Samsung Təkmilləşdirmə Konfransı”nda təqdim edəcəyini iddia edib.

Tədbir şirkətin proqram təminatı strategiyasına, süni zəkaya və “əşyalar interneti” məhsullarına yönələcək.

“Korea Times” öz mənbələrinə istinadən bildirib ki, şirkət öz əyilə bilən smartfon modelini ilk dəfə məhz həmin tədbirdə göstərəcək. Məlumata əsasən smartfonun tam təqdimatı isə CES 2019 sərgisində baş tutacaq.

Qeyd edək ki, şirkətin əyilə bilən smartfon modelinin kod adının “Winner” olduğu bildirilir. Bu smartfon “Galaxy X” və ya “Galaxy F” adlandırıla bilər.

İstixəbər.info İnformasiya Portalı

loading...