BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İSMAYILLIDA EVİNDƏ NARKOTİK GİZLƏDƏN ŞƏXS SAXLANILIB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixəbər.info-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan İsmayıllı rayonu Göytəpə kənd sakini Pərviz Xalıqverdiyev saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsindəki tikiliyə baxış keçirilən zaman ayrı-ayrı sellofan torbalarda ümumi çəkisi 513, 84 qram qurudulmuş marixuana və 92, 85 qram narkotik tərkibli çətənə bitkisinin hissələri aşkar edilərək götürülmüşdür.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

İstixəbər.info İnformasiya Portalı

loading...